"NIXEDONIA"

KONSEPTUAL

KARTLARI

"NIXEDONIA" KONSEPTUAL KARTLARININ TARİXÇƏSİ

2018-ci ildə "Nixedonia"nın təsisçisi və Baş təlimçisi Con MakVey hüquqşünasların gəlirlərini artırmasında onlara yardımçı olmaq üçün hüquq sahəsində satışlar və marketinq haqqında materialları araşdırırdı. Bu zaman o, həmin kitablarda verilmiş və ya, ən azından, təlimlərdə onun özü tərəfindən təqdim edilmiş əsas konsepsiyaların sayının az olduğuna diqqət yetirdi. Yaxşı kitabda ən azı onlarla konsepsiya olmalıdır və onların əksəriyyəti elə olmalıdır ki, açıqçaya yerləşsin. Beləliklə, bunun nəticəsi olaraq, yazıda bütün lüzumsuz "bər-bəzəyi" aradan qaldırmaq və sırf əsas konsepsiyalar üzərində fokuslanan resurs yaratmaq ideyası ortaya çıxdı.

Bu, daim məşğul olan hüquqşünasların ən qısa müddətdə işin məğzinə varmalarına imkan verəcəkdi. Bu cür yaxşı konsepsiyaların qalaq-qalaq səhifələrdə və oxunmasına çox az hüquqşünasın vaxt tapacağı kitab materiallarında itib-batmasındansa, həmin konsepsiyaları həmişə əlçatan olan didaktik kartlarda yazmaq kimi bir yanaşma seçildi. Con özünün 60-dən çox ölkədən 360-dən çox hüquq firması ilə görüş təcrübəsinə əsaslanaraq, müxtəlif kitablarda, özünün hazırladığı materiallarda və səfər etdiyi ölkələrdə rastlaşdığı konsepsiyalardan ən faydalı olanlarını seçdi.

"NIXEDONIA"

KONSEPTUAL

KARTLARI NƏDİR?

"NIXEDONIA" KONSEPTUAL KARTLARINDAN NECƏ İSTİFADƏ ETMƏLİ?

Kartları həm istənilən ardıcıllıqla, həm də mövzudan mövzuya keçməklə oxumaq olar. Əvvəlcə vizual diaqramı nəzərdən keçirmək, sonra isə kartı oxumaq və digər kartların yanında qoymaq lazımdır. Hüquqşünas bütün kartları oxuyub qurtaranadək belə davam etməlidir. Bundan sonra hüquqşünas sadəcə vizual diaqramdan çıxış edərək, həmin diaqramın hansı konsepsiya ilə assosiasiya olunduğunu yadda saxlamalıdır. Əgər hər şey düzgün şəkildə yerinə yetirilibsə, kart bir topluya, əks halda, başqa bir topluya qoyulur. Bir qayda olaraq, biz oyun və təkrarlarla vizual diaqram və onun təsvir etdiyi konsepsiyanın həmin konsepsiyanın özünü yada saldığı mərhələyə çatmağa çalışırıq.

"NIXEDONIA" KONSEPTUAL KARTLARI BİR HÜQUQŞÜNAS KİMİ MƏNƏ NECƏ KÖMƏK EDƏ BİLƏR?

Birincisi, bu kartlar hüquq sahəsində satış və marketinq haqqında kitabların oxunması yaxud müvafiq təlimlərdə iştirak etmək üçün lazım olan vaxta əhəmiyyətli dərəcədə qənaət edəcək. Siz "bəzək-düzəyə" vaxt sərf etmədən dərhal əsas konsepsiyaları mənimsəyirsiniz və onları praktikada tətbiq edə bilirsiniz. İkincisi, nisbətən praktik olan konsepsiyaları sistemli şəkildə tətbiq etməklə, siz öz təcrübənizdən gələn gəliri artırmış olursunuz. Bircə konsepsiya xeyli sayda ödənişli saat təmin edə bilər. Və nəhayət, üçüncüsü, bu kartlar sizin gözünüzü hüquq sahəsində satış və marketinqə yeni yanaşmalara aça, eləcə də onların praktikada tətbiqinə həvəs və maraq oyada bilər. Beləliklə, "Nixedonia" Konseptual Kartları ilə oyun hüquqşünasları hər hansı kitab və ya təlimlərdən daha tez daha çox uğura təşviq edə bilər.