"NIXEDONIA" NƏDİR?

Rusiyada yerləşən "DLA Piper" beynəlxalq hüquq firması ilə səkkiz illik əməkdaşlıqdan sonra, "Nixedonia"nın Baş direktoru və Baş təlimçisi Con MakVey 2015-ci ildə aparıcı hüquq firmalarının daha çox kommersiya uğurları əldə etmələri məqsədilə onlara yardımçı olan müstəqil hüquqi şəxs kimi Sankt-Peterburqda "Nixedonia"nın ilk ofisini açdı. Həmin dövrdəki müşahidələr göstərirdi ki, ən yaxşı hüquq firmalarının maraqlarını təmsil edən hüquqşünas və tərəfdaşlar yurisprudensiya sahəsində əla bacarıqlara malik olsalar da, onların yalnız az qismi bu sahədə marketinq və satış bacarıqları mənimsəmişdi. Onların əksəriyyəti hüquq xidmətlərinin marketinqi və satışı sahəsində heç bir hazırlıq keçməmişdi. Beləliklə, "Nixedonia"nın məqsədi iki fəaliyyət növü - üz-üzə qrup şəklində təlimlər və biznesin inkişafı sahəsində konsaltinq - vasitəsilə hüquq firmalarının gəlirlərini artırmaqdır.

Əvvəlcə "Nixedonia" Rusiya və Baltika ölkələrindəki (2015-ci il) hüquq firmaları ilə əməkdaşlıq edirdi, sonradan isə əməkdaşlığın miqyasını Şərqi Avropaya (2016-cı il) və Balkan ölkələrinədək (2017-ci il) genişləndirdi.

Bunun nəticəsi olaraq, Cənub-Şərqi Avropada fəaliyyət göstərmək üçün baza qismində "Nixedonia"nın ikinci ofisi 2017-ci ildə Kişinyovda (Moldova Respublikası) açıldı. Bundan sonra şirkətin Baş ofisini Qərbi Avropaya, daha dəqiq desək, Şotlandiyaya köçürülməsinə qərar verildikdə isə "Nixedonia"nın üçüncü ofisi 2022-ci ildə Edinburqda açıldı. Beləliklə, "Nixedonia" Şotlandiyada hüquqi şəxsə çevrildi. Avropadan başqa, "Nixedonia" Asiyada (Sinqapur, Seul, Hanoy, Banqkok), Yaxın Şərqdə (Tel-Əviv, Qahirə) və Afrikada (Lusaka, Akkra) bir neçə hüquq firması ilə çalışıb. Yurisdiksiyadan asılı olmayaraq, kommersiya bacarıqlarının təkmilləşdirilməsi zərurəti olduqca yüksəkdir, "Nixedonia" müştərilərinin əməkdaşlığa başladıqdan bir neçə ay sonra əldə etdikləri nəzərəçarpacaq maddi gəlir isə təlimlərə və ya konsaltinqə yatırılmış vəsaiti artıqlaması ilə geri qaytarıb.

2022-ci ilə olan statistikaya görə, 60-dən çox ölkədə 360-dən çox hüquq firması "Nixedonia"nın xidmətlərindən faydalanıb.

NIXEDONIA OFİSLƏRİ:

LMÜŞTƏRİLƏRİN YERLƏŞMƏSİ


"NIXEDONIA" MÜŞTƏRİLƏRİ AŞAĞIDAKI XARAKTERİSTİKAYA UYĞUN GƏLƏN PREMİUM XİDMƏTLƏR GÖSTƏRƏN ŞİRKƏTLƏRİN SEÇMƏ VƏ SPESİFİK QRUPUNDAN İBARƏTDİR:

  • "Nixedonia" müştərisi olan hüquq firmaları yüksək səviyyəli şirkətlərdir və öz sahələrinin ən yaxşılarıdır. Onlar "IFLR", "The Legal 500" yaxud "Chamber & Partners" kimi reytinqlər tərəfindən tanınır.
  • "Nixedonia" müştərilərinin bazar mövqeyi premium-seqmentdir (qiymətqoyma və göstərilən xidmətlərin keyfiyyəti baxımından). Çox vaxt onlar uzun illər ərzində öz sahələrinə aid bazarın lideri olurlar.
  • "Nixedonia" müştərisi olan hüquq firmalarının idarəedici direktorları öz komandalarına inanır və personalın potensialını üzə çıxarmaq məqsədilə onların təlim və inkişafına investisiya yatırmaq istəyirlər.
  • "Nixedonia" müştərilərinə səmimiyyət, tolerantlıq, təvazökarlıq və öz gələcəklərinə təsir edə biləcəklərinə inam mədəniyyəti xasdır. Onlar yeni ideya və innovasiyalara açıq olan mütərəqqi firmalardır.
  • "Nixedonia" müştərisi olan hüquq firmaları şəffafdır, onlar üçün qüsursuz nüfuz səciyyəvi xarakter daşıyır, onlar vicdanla və ən yüksək etik standartlara riayət etməklə etibarlı şəkildə fəaliyyət göstərirlər.
  • "Nixedonia" müştəriləri başa düşür ki, yaxşı brendinq və marketinq uğurun təminatçısı deyil və proaktiv satışlar müştəri dəyərini artırmaq üçün vacibdir (xüsusilə, iqtisadi tənəzzül şəraitində).

"NIXEDONIA" HÜQUQ
FİRMANIZA NECƏ
KÖMƏK EDƏ BİLƏR?

BİZNESİN İNKİŞAFI ÜZRƏ TƏLİM

"Nixedonia"nın əsas vəzifəsi - hüquq firmalarının daha çox kommersiya uğurları əldə etmələri məqsədilə onlara tərəfdaşlar və hüquqşünaslar üçün biznesin inkişafı üzrə təlimlər vasitəsilə yardımçı olmaqdır. Bu yardımın səciyyəvi modeli - Biznesin İnkişafı üzrə təlimlərin konkret bir istiqamətinə yönəlmiş aylıq və ya rüblük əsasda keçilən təlim sessiyasıdır. Standart sessiya 3 saat davam edir, qrup isə 10-20 nəfərdən (sessiya iştirakçılarının sayı bundan az və ya çox ola bilər) ibarət olur.

Ümumilikdə, müxtəlif mürəkkəblik dərəcəsinə aid onlarla sessiya mövcuddur: Baza (yeni başlayan hüquqşünaslar üçün uyğundur), Orta və Qabaqcıl (tərəfdaşlar üçün uyğundur).

Aşağıdakı linkə klikləməklə fərdi sessiyalarla bağlı çoxlu məlumatlarla tanış ola bilərsiniz.

BİZNES BACARIQLAR ÜZRƏ TƏLİM

Hüquqşünaslar üçün Biznesin İnkişafı üzrə təlimlərə əlavə olaraq, "Nixedonia" həmçinin hüquq firmalarının əməkdaşlarına (frilans yaxud ştat işçilər olmasından asılı olmayaraq) da aşağıdakı sahələrdə öz ümumi Biznes Bacarıqlarını inkişaf etdirməkdə yardımçı olur.

Biznesin İnkişafı üzrə təlim sessiyalarında olduğu kimi, bu sessiyaların da hər biri 3 saat davam edir.

Əgər bu sessiyalardan hər hansı biri sizi maraqlandırırsa, əlavə məlumat almaq üçün müraciət etməkdən çəkinməyin.

PRAKTİK SESSİYALAR

Onlar Biznesin İnkişafı üzrə ümumi təlimlərlə çox oxşardır. Bununla belə, bu zaman yeni materiallar təqdim edilmir və biz hüquqşünaslar və tərəfdaşlarla birlikdə daha əvvəl standart sessiyada təqdim edilmiş Biznesin İnkişafı üzrə tapşırıqların yerinə yetirilməsi üzərində çalışırıq. Standart təlim sessiyaları nəzəridir, Biznesin İnkişafı üzrə praktik sessiyalar isə onların praktikada tətbiqinə əsaslanır.

SATIŞ ÜZRƏ KOUÇİNQ 1-2-1

Bu, tərəfdaşlar və ya hüquqşünaslar üçün Biznesin İnkişafı üzrə bütün mənbələrin, 1-2-1 yanaşmasının tətbiqi ilə fərdi kouçinqdir. Bu, Biznesin İnkişafı üzrə bacarıqların təkmilləşdirilməsi üçün fərdi yanaşma həyata keçirməyə imkan verən premium xidmətdir. Təbii ki, 1-2-1 yanaşması qrup şəklində təlimdən daha tez nəticələr əldə etməyə imkan verir.

QANUNUN DİLİ

Qanunun dili - hüquq sahəsində üslub, təqdimat, qrammatika, geniş yayılmış səhvlər, durğu işarələri mövzularını əhatə edən təlimlər toplusudur. Bu, "Nixedonia" şirkəti tərəfindən hazırlanmış və yurisprudensiya sahələrinin əksəriyyətini əhatə edən "36 Rules of Writing" materialının yaradıldığı 2016-cı ilin təcrübəsi üzərində qurulan 6 sessiyadan ibarət unikal topludur.

UĞURA GEDƏN YOLDA NÖVBƏTİ ADDIMLAR...

Hüquq firmanızın "Nixedonia" ilə əməkdaşlıq üçün nəzərdən keçirilməsi üçün Cona yazın: jjmcveigh@nixedonia.com.


Əgər maraqların toqquşması yoxdursa və hüquq firmanız seçim meyarlarına uyğundursa, sınaq sessiya təqdim edilə və gələcək əməkdaşlığı müzakirə etmək üçün ofisinizdə üz-üzə görüş keçirilə bilər.

+372 820 24 678

faydalı materiallar

New Client Hunting
Sales Networking
Pitching
Consultative Selling
Active Referrals
L2L Marketing
Cross Selling
Sales Writing